Alonso: “Bu oyunu həzm eləmək vaxt aparacaq”

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Bayern Münhen"ə 0:3 hesabı ilə məğlub olduqları Çempionlar Liqasının 1/8 finalının ilk matçına münasibət bildirib.
90plus.az xəbər verir ki, bu günə kimi 6 oyundur, (3 qələbə, 3 heç-heçə) məğlubiyyətsiz gedən "Bayer"in uduzmağı Alonsoya çox pis təsir edib:
“Bu gün çox şey bizə qarşı oldu, amma bu, öz günahımız idi. Yaxşı nəzarət etmədik və böyük səhvlərə yol verdik. Bu, açıq-aydın çox təngə gətirdi”.
İndi Leverkuzen üçün işlər qaranlıq görünsə də, Alonso əlbəttə ki, gələn həftə evdə keçiriləcək cavab matçından əvvəl ümidini itirmir:
"Bu oyunun acısını həzm eləmək vaxt aparacaq. Amma hələ heç nə bitməyib. Futbolda ən çılğın şeylər baş verib və biz gələn həftə gerifönüşün baş verməsi üçün mübarizə aparacağıq."
Qeyd: Tərəflərin cavab matçı martın 11-dən 12-ə keçən gecə saat 00:00-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved