Alonso "Liverpul"a şərt qoydu - ŞƏRT
"Liverpul"la bağlı Xabi Alonso barədə yeni iddia ortaya çıxıb.
90plus.az xəbər verir ki, ispan mütəxəssis Mersisayd klubunda işləməyə hazır olduğunu bildirib. Lakin Xabi Alonso bunun üçün əsas şərt irəli sürüb.
Məlumata görə, o, yalnız tam səlahiyyət verilməsi halında bu vəzifəni qəbul etməyə razıdır. Təcrübəli çalışdırıcı komandada bütün idman qərarlarında sərbəst olmaq istədiyini vurğulayıb.
Qeyd: Xabi Alonso hazırda Avropanın perspektivli məşqçilərindən biri hesab olunur və bir sıra böyük klubların diqqət mərkəzindədir.
© Copyright 2026, All Rights Reserved