Alonso sabiq komanda yoldaşını "Real"da görmək istəyir

Xabi Alonso Luka Modriçin "Real Madrid"də qalmasını istəyir.
90plus.az xəbər verir ki, İspaniyalı mütəxəssis "Real Madrid" rəhbərliyindən 39 yaşlı futbolçunun müqaviləsini daha 1 il müddətinə uzatmağı xahiş edib.
Alonso xorvatiyalı yarımmüdafiəçini təcrübəsi və liderlik keyfiyyətlərinə görə komandanın vacib üzvü sayır.
Qeyd: Xabi Alonso ilə Luka Modriç 2012-2014-cü illər arasında "Real Madrid"də birgə çıxış ediblər.
© Copyright 2025, All Rights Reserved