Amerikada "Detroit"i saxlayan tapılmır
90plus.az xəbər verir ki, NBA-də “Detroit Pistons” öz meydanında “Uoşinqton Uizards” üzərində 137-135 hesabı ilə qələbə qazanaraq ardıcıl 7-ci qələbəsini əldə etdi.
Ev sahibi komandanın ulduzu Cade Cunningam 46 xal, 12 ribaunt və 11 asistlə “triple-double” göstərərək qələbənin əsas memarı oldu.
Sezonun 9-cu qələbəsini qeyd edən Pistonsda Daniss Jenkins 24 xal, 8 ribaunt, Jalen Duren isə 19 xal, 14 ribauntla çıxış etdi.
“Uizards” isə ardıcıl 10-cu oyunda məğlub oldu. Komandanın aparıcı oyunçularından CJ McCollum 42 xal və 6 ribaunt, Cam Whitmore 20 xal, Alex Sarr isə 15 xal və 15 ribauntla mübarizə apardı.
© Copyright 2025, All Rights Reserved