Amerikanın oyunları: Argentina finalda!

Kopa Amerika turnirində yarımfinal mərhələsində ilk qarşılaşma baş tutub.
90plus.az xəbər verir ki, Argentina-Kanada arasında keçirilən matçda Argentina millisi 2-0 hesabı ilə Kanadaya qalib gələrək finala vəsiqə qazanıb.
Argentina 2-0 Kanada
J. Álvarez 22'
L. Messi 51'
Qeyd: Argentina iyulun 14-də Mayamidəki "Hard Rock" stadionunda Kolumbiya - Uruqvay matçının qalibi ilə yarışın finalında oynayacaq. Kanada isə iyulun 13-də Şarlottadakı "Bank of America" stadionunda yuxarıda adı çəkilən matçda uduzan komandaya qarşı 3-cü yer uğrunda oynayacaq.
Qollar:
https://t.me/doxsanplus/85799
İcmal:
https://t.me/doxsanplus/85801
Oyundan epizodlar:
Messi “Copa America”da ilk qolunu vurdu, Argentina finala yüksəldi. FOTO:
Argentina son 8 beynəlxalq turnirdən 6-da finala yüksəlib:
2014 Dünya Kuboku +
2015 Amerika Kuboku +
2016 Amerika Kuboku +
2018 Dünya Kuboku -
Amerika Kuboku 2019 -
2021 Amerika Kuboku +
2022 Dünya Kuboku +
2024 Amerika Kuboku +
FOTO:
Son 5 ildə 3 dəfə kubok qazanan Argentina 61 matçda cəmi 2 dəfə məğlub olub:
45 qələbə;
14 bərabərlik
Anxel Di Marianın son Argentina oyunu Kopa America finalı olacaq:
“Milli komanda ilə son oyunuma hazır deyiləm, amma vaxtıdır. Finalda nə olursa olsun, düşünürəm ki, ön qapıdan gedə bilərəm, hər şeyimi bu forma üçün verdim”.
© Copyright 2025, All Rights Reserved