Amerikanın oyunları: Argentina yarımfinalda!

Kopa Amerikada 1/4 final mərhələsində ilk qarşılaşma baş tutub.
90plus.az xəbər verir ki, 1/4 final matçında Argentina və Ekvador komandaları üz-üzə gəlib.
Oyunun əsas vaxtında matçın nəticəsi 1-1 olaraq tamamlanıb. Penaltilər seriyasında isə Argentina 4-2 hesabı ilə Ekvador üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
Oyundan epizodlar:
• Argentina 35-ci dəqiqədə Lisandro Martinezlə hesabda önə keçdi.
• Enner Valensiya 62-ci dəqiqədə penaltidən yararlana bilməyib.
• Ekvador Kevin Rodrigezin qolu ilə 90+1 hesabı bərabərləşdirdi və matçı penaltilər seriyasına çıxardı.
• Argentinada Lionel Messi ilk penalti zərbəsində istifadə etdiyi panenka üslubu ilə dirəyə ilişdi.
• Argentinanın qapıçısı Emiliano Martinez ilk iki penalti zərbəsini dəf etdi.
Argentina 1-1 Ekvador (penaltilər: 4-2)
35' Lautaro Martinez (as. Alexis MacAllister) (1-0)
62' Enner Valencia (uğursuz penalti)
90+1' Kevin Rodriguez (as. John Yeboah) (1-1)
Penaltilər:
Leo Messi -
Angel Mena -
Julian Alvarez (1-0) +
Alan Minda -
Alexis Mac Allister (2-0) +
John Yeboah (2-1) +
Gonzalo Montiel (3-1) +
Jordy Caicedo (3-2) +
Nicolas Otamendi (4-2) +
Qeyd: Argentina iyulun 9-da Venesuela və ya Kanada ilə yarımfinalda oynayacaq.
© Copyright 2025, All Rights Reserved