Amerikanın oyunları: Kolumbiya və Braziliya finalda!

Kopa Amerika: Oyun nəticələri
48-ci Kopa Amerikada bu gecə iki qarşılaşma baş tutub.
90plus.az xəbər verir ki, D qrupunda Kolumbiya-Kosta Rika və Paraqvay-Braziliya komandaları qarşı-qarşıya gəlib. Paraqvay üzərində qələbə ilə yarışa başlayan Kolumbiya bu dəfə də 3:0 hesabı ilə Kosta Rikanı məğlub edib.
İlk matçda Kosta Rika ilə qolsuz bərabərə qalan Braziliya isə bu dəfə Paraqvay üzərində 4:1 hesabı ilə qələbə çalıb.
Beləliklə, Kolumbiya və Braziliya komandaları finala vəsiqə qazanıb.
Qeyd: ABŞ-ın ev sahibliyi etdiyi yarışda ümumi 16 komanda yer alır. Onlardan 10-nu Cənubi Amerika, 6-sı isə Şimali Amerika komandalarıdır.
Kopa Amerika D qrupu:
Kolumbiya 3-0 Kosta Rika
L.Diaz 31' (penalti)
D.Sanchez 59'
J.Cordoba 62'
Paraqvay 1-4 Braziliya
J.Vinicius 35'
Savio 43'
J.Vinicius 45+5'
O.Alderete 48'
L.Paqueta 65'
Xames Rodriges turnirdə üçüncü ötürməsini etdikdən sonra ayaqüstə alqışlanıb. FOTO:
Davinson Sanchezin Kosta Rikaya vurduğu qol. VİDEO:
https://t.me/doxsanplus/85126
Davinson Sanchez Kosta Rika matçında:
• 83 topla hərəkət
• 83% ötürmə dəqiqliyi (58/70)
• 9/16 uzun ötürmələr
• 2/2 ikili mücadələ
• 6/6 hava topları
• 1/1 driblinq
• 1/4 dəqiq vuruş
• 1 qol
• 2 təhlükə əngəlləmə
• 8.1 reytinq
FOTO:
Kolumbiya Luis Diazın penaltisi ilə Amerika Kuboku 2024-də Kosta-Rika üzərində 3:0 hesablı qələbəni təmin edib. FOTO:
Neymar, Vinisiusun qollarına belə sevinir. VİDEO
https://t.me/doxsanplus/85135
© Copyright 2025, All Rights Reserved