Amorim Dorquya “Nuno Mendeş kimi ol” deyib
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Patrik Dorquya xüsusi tapşırıq verib.
90plus.az xəbər verir ki, Amorimin 20 yaşlı sol cinah müdafiəçisinin inkişafına böyük önəm verir deyə onun “dünyanın ən yaxşı sol cinah müdafiəçisi” ola biləcəyinə inanır. Məhz buna görə portuqaliyalı məşqçi Dorquya PSJ-nin müdafiəçisi Nuno Mendeşi izləyib ondan öyrənməyi tapşırıb. İngiltərə mediası bu iddianı yayıb.
Xəbərdə bildirilir ki, “Yunayted” məşqçilər heyəti gənc futbolçunu hətta “Nuno Mendeş 2.0” adlandırır.
ℹ️Mənbə: Sun Sport
© Copyright 2025, All Rights Reserved