Amorim: "Mourinyo kumirimdir"

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim UEFA Avropa Liqasının finalında “Tottenhem”ə qarşı keçiriləcək oyun öncəsi UEFA-ya açıqlamalar verib.
90plus.az xəbər verir ki, Amorim müsahibəsində portuqaliyalı həmkarı Joze Mourinyo haqqında danışaraq onun məşqçilik fəlsəfəsindən təsirləndiyini etiraf edib.
“Sportinq”də çalışarkən Nuno Santos və Pedro Qonçalveşi transfer edərkən Mourinyo ilə “Portu”da qazandığı uğurları təkrarlamaq istədim. Mən oyunçularla yaxın münasibət qurmağı sevən biriyəm. Hesab edirəm ki, bu yanaşma məni daha yaxşı məşqçiyə çevirir. Futbolçulardan uzaq durmaqdansa, onlarla yaxın olmaq mənə daha uyğun gəlir. Mourinyo bu məsələdə mənə böyük təsir göstərdi və o, bu münasibəti futbola daşıya bildi. Düşünürəm ki, bütün məşqçilər ondan çox şey öyrənib,” – deyə Amorim bildirib.
Amorimin rəhbərlik etdiyi “Mançester Yunayted” UEFA Avropa Liqasının finalında “Tottenhem”lə qarşılaşacaq. Görüş böyük maraqla gözlənilir.
© Copyright 2025, All Rights Reserved