Amorim: "Oyun fəlsəfəmi dəyişməyəcəm"

”Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Mançester derbisindən sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında 4-cü turun mərkəzi oyununda "Mançester Siti" öz meydanında "Mançester Yunayted"ə 3-0 hesabı ilə qalib gəlib. Oyundan sonra qonaqların baş məşqçisi jurnalistlərin qabağına çıxıb:
“Manchester Yunayted üçün əlimdən gələni edəcəyəm. Mən azarkeşlərdən daha çox əzab çəkirəm.
Oyun fəlsəfimi dəyişdirməyəcəm. Əgər rəhbərlər bunu dəyişməyimi istəyirsə, məni də dəyişsinlər”.
Ruben Amorimin Premyer Liqa rekordu – “Man Yunayted” ilə:
• 31 oyun
• 8 qələbə
• 16 məğlubiyyət
• 7 heç-heçə
© Copyright 2025, All Rights Reserved