Amorim türk qapıçı haqqında sərt danışdı: "Buna ehtiyacı var"

90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsümün açılış matçında “Arsenal”a 1:0 hesabı ilə məğlub olan “Mançester Yunayted”də baş məşqçi Ruben Amorim mətbuat konfransında çıxış edərək, qapıçı Altay Bayındırı müdafiə edib.
“Arsenal”ın yeganə qolunda səhvə yol verən milli qapıçı İngiltərə mediası və keçmiş futbolçular tərəfindən tənqid olunub. Xüsusilə “Mançester Yunayted”in əfsanəsi Roy Kin “Sky Sports”a açıqlamasında Altayı sərt sözlərlə tənqid edib:
“Qapıçı altıpasda tam nəzarətə sahib olmalıdır. Bunu dəfələrlə demişəm. Ora sənin bölgəndir. Daha sərt, daha aqressiv olmalısan. Altay həmin epizodda çox zəif və passiv qaldı.”
Tənqidlərə cavab verən Ruben Amorim isə oyunsonrası mətbuat konfransında Altaya dəstəyini ifadə edib:
“Hər kəsin inkişaf etməyə ehtiyacı ola bilər. Qapıçımız həmin topu qazanmaq üçün təbii ki, müdaxilə edib, əllərini işlətməli idi. Şikayət etmək istəmirəm. Əgər qol buraxırıqsa, daha çox qol vurmalı olduğumuzu düşünürəm.”
“Mançester Yunayted” bu nəticə ilə mövsümə məğlubiyyətlə başlayıb, “Arsenal” isə səfərdə 3 xal qazanaraq iddialı start verib.
© Copyright 2025, All Rights Reserved