Amorimdən açıq mesaj: “Transferlər az olacaq, əsas komandanı gücləndirməkdir”

Ruben Amorim: “Yeni mövsümə başlamaq üçün həyəcanlıyam, istirahətə ehtiyacım yoxdur”
90plus.az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim yeni mövsüm öncəsi nikbin və işgüzar əhval-ruhiyyədədir.
“Mövsümü başa vurmaq vacib idi, bu fəsli bağlamalıydıq. Tam geridə qoymamışıq, çünki qarşımda hələ də bir sıra ingilis jurnalisti var. Tur bitdikdən sonra onların əlindən bir az dincələ biləcəm,” – deyə o zarafatla bildirib.
“Amma indi artıq yeni mövsüm başlayır. Həyəcanlıyam, narahatam, işləmək istəyirəm. İstirahətə ehtiyac duymuram,” – Amorim əlavə edib.
Qeyd: "Mançester Yunayted” 2024/25 mövsümünü nəinki titulsuz, həm də Premyer Liqanı 16-cı yerdə başa vurub.
Uğursuz mövsümdən sonra Amorim yay transfer planlarını da açıqlayıb:
“Biz həmişə iki plan hazırlayırıq – biri Çempionlar Liqası ilə, digəri onsuz. Əgər turnirdə iştirak etməyəcəyiksə, böyük heyətə ehtiyac yoxdur. Heyəti daha rahat idarə edə bilərik. Əsas hədəfimiz yeni transferlər yox, mövcud komandamız və akademiyanı gücləndirməkdir.”
“Çətinliklər olacaq, hər şey birdən-birə düzəlməyəcək. Amma komandanın inkişaf etdiyini görürəm və bu ən vacib məqamdır.”
© Copyright 2025, All Rights Reserved