Anası qadağa qoydu, sərvətə "yox" dedi

90plus.az xəbər verir ki, "Ayntraxt Frankfurt"un 21 yaşlı yarımmüdafiəçisi Huqo Larsson bu yay Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan gələn sərfəli müqavilə təklifini rədd etdiyini açıqlayıb.
İsveçli gənc oyunçu təklif barədə ilk dəfə eşidəndə "bir az xəyal qurduğunu" etiraf edib, ancaq sonra anasının müdaxiləsi ilə fikrini dəyişib:
"Anama 'Əl-İttihad'dan təklif aldığımı dediyim zaman məni tənbeh etdi. Dedi: 'Yox, yox, yox. Buna getmə'. O, oğlunun Avropada qalmasını istəyir."
Huqo Larssonun anasının bu arzusu haqlıdır. Çünki 21 yaşlı futbolçu artıq Avropanın böyük klublarının radarındadır və hətta "Real Madrid" skoutları onu "Ayntraxt Frankfurt"da izləyib.
Bir neçə il içində Larsson dünyanın ən parlaq futbolçularından biri ola bilər.
© Copyright 2025, All Rights Reserved