Ançelotti: "Bunu Pepdən soruşacam"

"Real"ın çalışdırıcısı Karlo Ançelotti bu gün Çempionlar Liqasının həlledici pley-off matçından öncə mətbuat konfransında ”Real Madrid” - “Mançester Siti” haqqında danışıb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:
”Barsa” - “Rayo” matçı? Deyəcək bir şey yoxdur, mən artıq hakimlərlə bağlı baş verənlər və baş verənlər bağlı öz fikrimi bildirmişəm. “Osasuna”, “Espanyol”, “Atletiko”, ilə baş verənlərdən razı deyilik... Hakimlərin qəribə qərarlarına görə dezavantajlı olduğumuz 3 oyun və mən bunu anlamıram.
Çempionlar Liqasındakı hakimliyi daha çox bəyənirəm. Statistika da göstərir ki, orada mübahisələrin və VAR tərəfindən müdaxilələrin sayı azalıb. Videotəkrar sistemi yalnız zəruri halda məsələyə qarışır. Çempionlar Liqasında hər ölkənin ən yaxşı hakimləri işləyirlər, onların keyfiyyəti çox yüksəkdir.
Pep və 1% qələbə ehtimalı ilə bağlı sözləri? O, əslində belə düşünmür, amma oyundan əvvəl ondan soruşacam. 99% şansımız olduğunu düşünmürük, cüzi üstünlüyümüz var və bundan yararlanmalıyıq. Qarşılaşmaya elə yanaşmalıyıq ki, sanki hesab 0-0, ya da ilk oyunu 0:1 hesabı ilə məğlub olmuşuq.
Çuameni harada oynayacaq? Deməyəcəyəm. Asensio və Rüdiger müdafiənin mərkəzində, Orelyen isə yarımmüdafiədə oynaya bilər. Asensio müdafiənin sağ cinahında oynaya bilər.
Mən düşünmürəm ki, VAR bu qədər epizoda müdaxilə etməli və oyuna tez-tez təsir etməməlidir. Çətin oyun olacaq, hamı bunu anlayır. Rəqib çox ciddi komandadır”.
Qeyd: ”Real Madrid” - “Mançester Siti” matçı bu gecəyarısı saat 00:00-da başlayacaq. İlk oyun 3:2 "Real"ın xeyrinə başa çatıb.
📰AS
© Copyright 2025, All Rights Reserved