Ançelotti İtaliya millisini mundialda gözləyir
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliyanın dünya çempionatına vəsiqə qazanmaq şanslarını dəyərləndirib.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis həmyerlilərinə inandığını bildirib:
"Qattuzoya uğurlar arzulayıram və ümid edirəm ki, DÇ-2026-da bir-birimizi görəcəyik. Final mərhələsinə vəsiqə qazanacaqlarına 100% əminəm. Yaxud, deyək ki, 95% və qalanını tale həll edəcək".
Qeyd: İtaliya millisi mundiala vəsiqə uğrunda sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved