Ançelotti Neymarı Braziliya millisinə çağırmadı
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti mart ayında keçiriləcək beynəlxalq oyunlar üçün Neymarı dəvət etməməyi qərara alıb.
90plus.az xəbər verir ki, bu qərar, "Santos"un ulduz futbolçusunun 2026 Dünya Kubokunda iştirakı ilə bağlı müzakirələri daha da alovlandırıb.
"Santos"un Campeonato Paulista turnirində "Novorizontino" qarşısında gözlənilməz məğlubiyyəti Neymar üzərindəki tənqidləri artırsa da, Ançelottinin bu qərarına təsir etməyib. İtalyan mütəxəssis futbolçunun fiziki forması ilə bağlı ehtiyatlı yanaşma nümayiş etdirir və onun 33 yaşında olmasına baxmayaraq Dünya Kuboku öncəsi maksimum hazırlıq səviyyəsinə çatmasını istəyir. Təcrübəsi və oyun keyfiyyəti ilə bağlı heç bir şübhə yoxdur.
Braziliya yığması gələn ayın sonunda keçiriləcək hazırlıq oyunlarında Fransa və Xorvatiya ilə qarşılaşacaq. Bu görüşlər futbolçuların iyun ayında baş tutacaq Dünya Kuboku öncəsi son sınaq imkanı olacaq.
© Copyright 2026, All Rights Reserved