Ançelotti "Qarabağ"a qol vuran futbolçunu tərfilədi
90plus.az xəbər verir ki, "Çelsi"nin gənc oyunçusu Estevao Uillian Braziliyanın Seneqal üzərində 2:0 hesablı qələbəsində ilk qolun müəllifi olub və baş məşqçi Karlo Ançelotti tərəfindən yüksək qiymətləndirilib.
Ançelotti gənc hücumçunu belə tərif edib:
"Estevao inanılmaz istedada malikdir. Onun bu yaşda göstərdiyi səviyyə təəccüblüdür. O, finalizasiyada yaxşıdır, çoxlu sehrli hərəkətləri var… və çox çalışır.
Mən bunu deyə bilərəm: Estevao ilə Braziliyanın gələcəyi təmin olunub."
18 yaşlı oyunçu "Stamford Bridge"də yalnız bir mövsüm keçirməsinə baxmayaraq, gələn yay Dünya Çempionatı üçün Braziliya heyətinə çağrılacaq.
Qeyd: Estevao "Qarabağ" - "Çelsi" oyununda ilk qolu vurmuşdu.
© Copyright 2026, All Rights Reserved