Andrey Santos ərəb puluna yox dedi

Braziliyanın “UOL” nəşrinin məlumatına görə, Andrey Santos Səudiyyə Ərəbistanı Pro Liqası klubu “Əl Qüdsiyyə”nin böyük təklifini rədd edib.
90plus.az xəbər verir ki, “Çelsi” 21 yaşlı yarımmüdafiəçi üçün təxminən 70 milyon avroluq rəsmi təklif alıb. Santos cari mövsümdə hələlik yalnız üç dəfə ehtiyatdan oyuna qoşulub.
Əgər braziliyalı futbolçu “Əl Qüdsiyyə”nin təklifini qəbul etsəydi, illik 8 milyon avro, yəni həftədə 150 min avro qazanacaqdı ki, bu da “Çelsi”dəki əməkhaqqısından beş dəfə çoxdur.
Lakin Santos bu variantdan imtina edib, çünki onun əsas prioriteti Premyer Liqada qalmaqdır. Bununla belə, mənbə yazır ki, əgər “Əl Qüdsiyyə” təklifi ikiqat artırsa, futbolçu məsələyə yenidən baxa bilər. Hazırda klubun buna hazır olub-olmadığı bilinmir.
© Copyright 2025, All Rights Reserved