Andres İniesta Mərakeşdə idman direktoru olmaq istəmir
İtalyan jurnalist Fabrisio Romano Mərakeş milli komandasının Andres İniesta ilə yeni idman direktoru kimi razılığa gəldiyi barədə xəbərləri təkzib edib.
90plus.az xəbər verir ki, "Atlas Şirləri" buna baxmayaraq hələ də "Barselona" əfsanəsini idman direktoru vəzifəsini qəbul etməyə razı salmaq üçün danışıqlarını davam etdirirlər.
Mərakeş bu yaxınlarda Valid Reqraqinin istefasından sonra yeni baş məşqçi olaraq Məhəmməd Uahbini təyin edib.
Eyni zamanda, Mərakeş komandası İniestanın texniki heyətinə PSJ və “Tottenhem Hotspur”da sabiq köməkçi məşqçi olmuş Joao Sakasmentronu da əlavə etməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved