Ange Postekoğlu Yunandır, yoxsa Türk? ARAŞDIRMA

"Tottenhem"in baş məşqçisinin soyadında "oğlu" kəlməsi hamını maraqda saxlayıb.
90plus.az sizin üçün "Qarabağ"ın bu günkü rəqibinin bu maraqlı nüansını sizlər üçün araşdırıb.
Çox vaxt qarşımıza yunanlarda "oğlu" sonluğu tez-tez çıxır. Məs, Mitroğlu, Postekoğlu və s. Bəs, bu "oğlu" kəlməsi hardan gəlir?
Yunanlar və Türklər arasında tarix boyu müəyyən dövrlərdə düşmənlik və gərginlik olsa da, coğrafi yaxınlıq və uzun müddət bir imperiyada yaşamağın mədəni və dil üzərində dərin təsirləri olmuşdur. Osmanlı İmperiyasının Yunan torpaqlarını 400 ildən çox idarə etməsi bu iki xalqın dilinə, mədəniyyətinə və adət-ənənələrinə iz qoyub.
Yunan soyadlarında "oğlu" formasının qorunub saxlanmasının əsas səbəbi bu tarixi və dil əlaqələridir. Dil və adət ənənələri nəsillər boyu davam edən dərin köklərə malikdir və müstəqillik və ya siyasi dəyişikliklərdən asılı olmayaraq, bu elementlər tez-tez gündəlik həyatda qalır. Yunanlar Osmanlı hakimiyyətindən sonra öz kimliklərini və mədəniyyətlərini qorumağa çalışsalar da, belə dil elementləri kimi Osmanlı dövründən miras qalmış izləri dəyişdirmək çətin və ya hətta vacib görülməmişdir.
Beləliklə, bu, sadəcə tarixin dilə qoyduğu bir iz olaraq qalır və bugünkü Yunan-Türk münasibətləri ilə birbaşa bağlı deyil. Soyadların mənşəyi mədəniyyətlərarası əlaqələrin göstəricisidir və bu düşmənlik və ya dostluq kimi bugünkü siyasi və sosial reallıqlardan fərqli, uzun müddət davam edən bir tarixi prosesin nəticəsidir.
© Copyright 2025, All Rights Reserved