Ansu Fati “Monako”da qalıcıdır
Ansu Fati “Monako”da qalır: “Barselona” transferdən milyonlar qazanacaq.
90plus.az xəbər verir ki, Ansu Fatinin karyerasını “Monako”da davam etdirməsi gözlənilir.
Məlumata görə, Fransa klubu ispaniyalı hücumçunun transferini birdəfəlik həll etməyə çox yaxındır. Tərəflər arasında aparılan danışıqlar yekun mərhələyə çatıb və futbolçunun yaxın günlərdə “Monako” ilə uzunmüddətli müqavilə imzalayacağı bildirilir.
Transferin maliyyə dəyərinin təxminən 11 milyon avro olacağı, həmçinin müqaviləyə “Barselona”nın gələcək satışdan pay almasını nəzərdə tutan bəndin daxil ediləcəyi qeyd olunur.
Ansu Fati ötən mövsüm “Monako”nun heyətində Liqa 1-də uğurlu çıxış edərək 11 qola imza atıb. 23 yaşlı futbolçu Fransa klubunda yenidən özünəinam qazanıb və rəhbərlik onu komandanın gələcək layihəsinin vacib hissəsi hesab edir.
Bu transfer “Barselona” üçün də maliyyə baxımından əhəmiyyət daşıyır. Kataloniya təmsilçisi yalnız transfer gəliri əldə etməyəcək, həm də 2028-ci ilə qədər müqaviləsi olan futbolçunun yüksək maaş yükündən azad olacaq.
© Copyright 2026, All Rights Reserved