Antonio Konte çempionluğu şərh etdi
Antonio Konte Rasmus Hoylund və Maktomineydən danışdı, “Napoli”nin İtaliya Superkubokunu qazanmasını şərh etdi.
90plus.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya Superkubokunun finalından sonra komandasının uğurunu şərh edib. “Napoli” “Bolonya” üzərində 2:0 hesabı ilə qələbə qazandıqdan sonra Konte oyunçularını təbrik edib və kubokun komanda və azarkeşlər üçün əhəmiyyətini vurğulayıb.
“Biz bu kuboku həm özümüz, həm də azarkeşlərimiz üçün hədiyyəyə çevirməyi hədəflədik, həmçinin onları Milad bayramını təbrik etmək istədik. Bayramı kubokla qeyd etmək çox xüsusi hissdir. Əvvəl Skudettonu qazanmışdıq, indi isə bir neçə güclü rəqibi məğlub edərək Superkuboku da əlavə etdik,” – deyə Konte açıqlamasında bildirib.
Eyni zamanda italiyalı mütəxəssis son günlər çox danışılan mövzuya da toxunub: “İndi bütün insanlar Hoylund və Maktomineydən danışır… unutmayın, onlar “Mançester Yunayted”də oynamırlar. Özünüzə bir neçə sual verin… mən və komandam doğru bir şey etmiş olmalıyıq. Bunun bir səbəbi olmalıdır.”
Qeyd: Super Kubok qələbəsindən sonra Rasmus Hoylund də gələcəyi ilə bağlı açıq bir işarə verib. O, Instagram paylaşımında “What a great decision looks like” ("Uğurlu qərar belə olur") yazaraq uğurunu qeyd edib.
© Copyright 2026, All Rights Reserved