Anxel Korrea “Atletiko” ilə vidalaşdı!

Bir çox komanda artıq 2024/25 mövsümünün son ev matçını keçirib və bəzi oyunçular yayda ayrılacağını bilərək komandalarına vida ediblər.
90plus.az xəbər verir ki, onların arasında bu gün İnstaqramda təsirli sözləri ilə "Atletiko Madrid" və azarkeşləri ilə vidalaşan Anxel Korrea da var:
"Bu gün mən çox sevdiyim bu formanı son dəfə doğma ev oyunumda geyindim. Bu, adi günlərə bənzəmədi - xatirələr, duyğular və minnətdarlıq toplusu ilə dolu idi. "Atletiko"da yaşadığım hər şeyə görə həmişə minnətdar olacağam."
Qeyd: Argentinalı cinah oyunçusunun bir neçə həftə əvvəl 30 yaşı tamam oldu və "Atletiko Madrid"də tam 10 mövsüm keçirdikdən sonra yeni macəraya hazırdır, burada 465 oyun keçirib, 88 qol vurub və ümumilikdə 65 məhsuldar ötürmə verib.
© Copyright 2025, All Rights Reserved