"Araz Naxçıvan" Çempionlar Liqasında növbəti mərhələdə

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində qrupdakı son oyununu bu gün keçirib.
90plus.az xəbər verir ki, təmsilçimiz Avstriya çempionu "Ljuti Krajişniçi" ilə qarşılaşıb və rəqibini 12:3 hesabı ilə darmadağın edib.
Bununla da, “Araz-Naxçıvan” qrup mərhələsində keçirdiyi üç oyunun hamısında böyükhesablı qələbə qazanaraq xallarını 9-a yüksəldib və lider kimi əsas mərhələyə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları oktyabrın sonu və noyabrın əvvəllərində keçiriləcək.
"Ljuti Krajişniçi" – "Araz-Naxçıvan" 3:12
© Copyright 2025, All Rights Reserved