"Araz Naxçıvan" Yevlaxdan 3 xalla dönür
Azərbaycan Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfər matçında "Karvan Yevlax"ın qonağı olub.
90plus.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Naxçıvan təmsilçisinin heyətində Felipe Santos 32-ci və 51-ci dəqiqələrdə rəqib qapısına yol taparaq dubl müəllifi olub. Braziliyalı hücumçu ikinci topu penaltidən dəqiq yerinə yetirib.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Beləliklə, komanda Andrey Demçenkonun baş məşqçiliyi altında ard-arda ikinci qələbəsini qazanıb.
Hazırda "Araz-Naxçıvan" 33 xalla turnir cədvəlində beşinci pilləyə yüksəlib. Turnir cədvəlinin son sırasında qərarlaşan "Karvan-Yevlax" isə 6 xalla on ikinci yerdədir.
Xatırlatma: Turun əvvəlki görüşlərində "Turan Tovuz" "Zirə" üzərində 2:0 hesablı qələbə qazanıb. "Sumqayıt"la "Qəbələ" arasında baş tutan oyunda isə hesab açılmayıb. XXI turun son qarşılaşması fevralın 22-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved