"Araz-Naxçıvan"ın oyununda 7 qol oldu, böyükhesablı qələbə
“Araz-Naxçıvan” qış fasiləsindən istifadə edərək yoxlama görüşü keçirib.
90plus.az xəbər verir ki, Andrey Demçenkonun rəhbərlik etdiyi kollektiv əvəzedici komanda ilə üz-üzə gəlib. Qarşılaşmada əsas heyət 7:0 hesabı ilə inamlı qələbə qazanıb.
Oyunda Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen fərqləniblər.
Dekabrın 21-də “Şamaxı” ilə oyundan sonra istirahətə buraxılan “Araz-Naxçıvan” yanvarın 5-dən etibarən məşqləri bərpa edib. Komanda qış hazırlıq dövrünü Bakıda davam etdirir və bu müddətdə daha iki yoxlama matçı keçirməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved