"Araz"ın Çempionlar Liqasındakı rəqibi bilindi
Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
90plus.az xəbər verir ki, Azərbaycan çempionu “Araz-Naxçıvan” Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.
Təmsilçimiz 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. 1/8 finalın ilk oyunu noyabrın 24-də Bakıda, cavab qarşılaşması isə dekabrın 5-də rəqib meydanında keçiriləcək. 1/4 final matçları isə 23 fevral və 6 mart tarixlərində baş tutacaq.
Qeyd: Turnir hazırkı formatda ilk dəfə təşkil olunur. Bundan əvvəl əsas mərhələdən sonra elit-raund mərhələsi keçirilirdi.
© Copyright 2025, All Rights Reserved