"Araz"ın qapıçısı millimizin rəqibinə qarşı oynamadı
"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova millisi yoldaşlıq oyunu keçirib.
90plus.az xəbər verir ki, Moldova yığması Millətlər Liqasında Azərbaycanın rəqibi olan Litva ilə doğma meydanda üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Kristian Avram matçın iştirak ərizəsində yer alsa da, oyunda forma şansı qazanmayıb.
© Copyright 2026, All Rights Reserved