Arbeloa məğlubiyyəti şərh etdi
“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloanın sözlərinə görə, “kral klubu” “Bayern”ə məğlubiyyəti rəqibə iki qol “hədiyyə etməsi” kimi qiymətləndirir (1:2).
90plus.az xəbər verir ki, Arbeloa bunları deyib: “Bəlkə də ikinci hissədə bir az daha şanslı olsaydıq, qaça biləcəyimiz məğlubiyyət idi".
“Çox güclü komandaya qarşı oynayırdıq və bunu bilirdik. İki səhv etdik, iki dəfə top itirdik. Bu barədə oyundan əvvəl və fasilədə danışmışdıq, bu cür səhvlərdən qaçmalı olduğumuzu bilirdik.
Əsas məsələ isə belə hallarda daha diqqətli müdafiə olunmağa hazır olmaqdır. Belə komandalarla oyunda bu cür səhvlər etsən, bunun cəzasını çəkirsən,” – deyə Arbeloa əlavə edib.
“Real Madrid” cavab oyununda geridönüş etməyə ümid edir.
© Copyright 2026, All Rights Reserved