Arda Güler 68 metrdən qol vurdu! VİDEO
Arda Gülerdən möhtəşəm qol: 68 metrdən fərqləndi və gecəyə damğasını vurdu.
90plus.az xəbər verir ki, “Real Madrid” İspaniya La Liqasının 28-ci turunda “Elçe”ni 4:1 hesabı ilə məğlub edib.
Oyunun ən yaddaqalan anı isə matçın 89-cu dəqiqəsində yaşanıb. Arda Güler demək olar ki, mərkəz xəttdən – təxminən 68 metr məsafədən vurduğu möhtəşəm zərbə ilə rəqib qapını dəqiq nişan alıb. Bu qol La Liqa tarixində ən uzaq məsafədən vurulan qollardan biri kimi diqqət çəkib.
Görüşdə “Real Madrid”in digər qollarını 39-cu dəqiqədə Antonio Rüdiger, 45-ci dəqiqədə Federiko Valverde və 66-cı dəqiqədə Din Höysen vurub. “Elçe”nin futbolçusu Miguel Angel isə 85-ci dəqiqədə topu öz qapısına göndərib:
Real Madrid 4 - 1 Elçe
A. Rüdiger 39’
F. Valverde 45’
D. Höysen 66’
M. Angel 85’ (ö.q)
Arda Güler 89’
Qollar:
https://t.me/doxsanplus/115343
https://t.me/doxsanplus/115347
https://t.me/doxsanplus/115350
Bu mövsüm Arda Güler “Real Madrid”in heyətində bütün turnirlərdə 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyəli futbolçu hazırda La Liqada komandasının ən çox assist edən oyunçusudur və eyni zamanda ən çox qol vuranlar siyahısında üçüncü yeri bölüşür.
Bu qələbədən sonra La Liqada çempionluq yarışı daha da gərginləşib. Turnir cədvəlinə 67 xalla “Barselona” başçılıq edir. “Real Madrid” isə 66 xalla ikinci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved