Arda Güler idealını açıqlayıb
Arda Güler öz oyununu formalaşdırmaq üçün hörmət etdiyi və izlədiyi oyunçunu açıqlayıb.
90plus.az xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi mediaya bildirib ki, keçmişdən Braziliyalı əfsanə Aleks de Souzanı nümunə götürüb:
“Keçmişdən üslubca mənə oxşayan elit oyunçulardan biri, hörmət etdiyim oyunçu Aleks de Souza idi,” – deyə o bildirib.
Hazırda ilham mənbəyi kimi futbolda ən böyük oyun quruculardan ikisinə diqqət yetirir:
“Bu gün isə bir az daha çox Məsut Özil və Luka Modriçə baxmağa çalışıram. Onlar kimi oynamağa çalışıram,” – deyə türk ulduzu açıqlayıb.
Gülerin texniki bacarığı, oyun görmə qabiliyyəti və yaradıcılığı onu bu yaradıcı yarımmüdafiəçilərlə müqayisə etməyə əsas verir, o, Bernabeu-da inkişafını davam etdirir.
© Copyright 2026, All Rights Reserved