Arda Güler: “Mbappé ilə bacarıqlarımız bir-birini tamamlayır”
“Real Madrid”in gənc ulduzu Arda Güler fransalı hücumçu Kilian Mbappé ilə münasibətləri və öz inkişafı barədə danışıb.
90plus.az xəbər verir ki, Türkiyəli futbolçu L'Équipe nəşrinə açıqlamasında bunları deyib:
“Kristiano Ronaldo–Mesut Özil və Kilian Mbappé–Arda Güler müqayisəsi xoşuma gəlir. Onlar böyük işlər görüblər.
Mbappénin bacarıqları ilə mənim bacarıqlarım bir-birini çox yaxşı tamamlayır. Biz bir-birimizi meydanda çox yaxşı anlayırıq.
Bəzən oyunlardan əvvəl danışırıq, amma elə axşamlar da olur ki, sadəcə bir baxış kifayət edir."
Güler həmçinin baş məşqçisi Karlo Ançelotti barədə də fikirlərini bölüşüb.
“Karlo Ançelotti tarixin ən böyük baş məşqçilərindən biridir. O, bir dəfə mətbuata dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacağımı demişdi və mən bu sözləri heç vaxt unutmuram."
Mənbələr: L'Équipe,Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved