Arda Güler məşqdə axsayıb

Diario AS nəşrinin jurnalisti Ruben Martinin məlumatına görə, Arda Gülərin bu həftə məşq zamanı zədələnməsi “Real Madrid”də narahatlıq doğurmayıb.
90plus.az xəbər verir ki, kluba yaxın mənbələrin bildirdiyinə əsasən, türkiyəli yarımmüdafiəçi məşq zamanı axsaq vəziyyətdə görünüb. Lakin tibbi heyətin qiymətləndirməsinə görə, vəziyyət ciddi deyil və onun sıradan çıxmasına səbəb olmayacaq.
Gülər adi bir mübarizədən sonra uğursuz düşsə də, tam bərpa olunduqdan sonra məşqlərdə iştirakını davam etdirəcək.
“Real Madrid” bu hadisəni kiçik bir geriləmə kimi dəyərləndirir və 20 yaşlı futbolçunun Xabi Alonsonun yüksək intensivlik tələb edən oyun planında La Liqa mövsümünə tam hazır olacağına inanır. O, komandanın hazırlıq planlarının əsas hissəsi olaraq qalır.
© Copyright 2025, All Rights Reserved