Arda Güler "Real Madrid"də bu nömrəni geyinəcək

"Real Madrid"in türk oyunçusu Arda Gülər Luka Modriçin komandadan ayrılmasının ardından boş qalan 10 nömrəli formanı geyinəcək.
90plus.az xəbər verir ki, klub rəhbərliyi, xüsusilə də prezident Florentino Peres bu qərarı dəstəkləyib və yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Xatırlatma: 20 yaşlı Arda Gülər ötən mövsüm "Real"da 49 matçda iştirak edib, 6 qol vurub və 11 asistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved