Arda Güler “Real”da ayın futbolçusudur
Arda Güler oktyabr ayı üzrə “Real Madrid”də Ayın Futbolçusu seçilib.
90plus.az xəbər verir ki, uzun müddətdən sonra ilk dəfə Madrid klubunda Ayın Futbolçusu mükafatını “La Liqa”da ayın ən yaxşısı seçilən yox, başqa bir futbolçu qazanır.
Oktyabr ayında Kilian Mbappe La Liqada Ayın Futbolçusu seçilib. O, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb, o cümlədən “El-Klasiko”da vurduğu iki gözəl qoldan biri ofsayd səbəbilə səhvən ləğv olunub.
Lakin “Real Madrid” azarkeşləri və mütəxəssislər sonda Ardanı klub üzrə Ayın Futbolçusu seçiblər.
Güler bu mövsüm 13 oyunda səkkiz qola töhfə verib: üç qol və beş məhsuldar ötürmə.
Qeyd: Hücum baxımından Arda hazırda “Real Madrid”in ən yaradıcı futbolçusudur.
© Copyright 2025, All Rights Reserved