Arda Gülərdən qol, “Real” liderdir

La Liqa: 10 nəfərlə qalan “Real Madrid” liderliyini qorudu.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 4-cü turunda “Real Madrid” səfərdə “Real Sosyedad” üzərində 2:1 hesablı qələbə qazanaraq turnir cədvəlində liderliyini davam etdirib.
Oyunun startında Xabi Alonsonun komandası erkən üstünlük əldə edib. Artıq 12-ci dəqiqədə Kilian Mbappe fərqlənib. Fransalı hücumçu mövsümə əla formada başlayıb – 6 oyunda ümumilikdə 8 qol+asist göstərib.
Birinci hissənin sonlarına yaxın Arda Güler hesabı 2:0 edib. Bu, gənc yarımmüdafiəçinin cari mövsümdə ikinci qoludur.
İkinci hissənin əvvəlində meydan sahibləri penalti qazanıb və Mikel Oyarzabal fərqi minimuma endirib. Ardınca “Real Madrid” azlıqda qalıb, amma sona qədər üstünlüyünü qoruyaraq vacib 3 xal əldə edib:
Real Sosyedad 1-2 Real Madrid
Mbappe 12'
Arda 44'
M. Oyarzabal 56' (P)
Qollar:
https://t.me/doxsanplus/107524
https://t.me/doxsanplus/107527
https://t.me/doxsanplus/107529
Qeyd: “Real Madrid” 4 turdan sonra maksimum nəticə ilə – bütün oyunlarda qələbə qazanaraq La Liqada zirvədədir.
© Copyright 2025, All Rights Reserved