Arda Turan: “Müdafiə intizamını Simeonedən öyrəndim”
Arda Turan: “Futbolda müdafiə intizamını Simeonedən öyrəndim”.
90plus.az xəbər verir ki, Ukraynanın “Şaxtyor Donetsk” klubunun baş məşqçisi Arda Turan futbol fəlsəfəsi və komandasının çıxışı barədə maraqlı fikirlər səsləndirib.
Türkiyəli mütəxəssis bildirib ki, futbol anlayışında müdafiə amili həlledici rol oynayır və bu yanaşmanı o, məşhur çalışdırıcı Dieqo Simeonedən öyrənib:
“Futbolda müdafiə intizamını Simeonedən öyrəndim. Komanda həm hücum etməyi, həm də müdafiə olunmağı bacarmalıdır. Hətta çox istedadlı oyunçu belə top ilə matç ərzində cəmi 2-3 dəqiqə effektiv olur, qalan vaxt isə qaçmalı və işləməlidir.”
Turan xüsusilə gənc futbolçulara bu düşüncəni aşılamağın vacibliyini vurğulayıb:
“Gənc braziliyalı oyunçularımı bu reallıqla üzləşdirməliyəm. Onlar müdafiəyə inanmalı və bunu qəbul etməlidirlər. Gənc futbolçular hər oyunda parlamaya bilər, amma yaxşı müdafiə performansı onları daim oyunda saxlayır.”
Baş məşqçi matç ərzində aktiv müdaxilələrinin səbəbini də izah edib:
“Buna görə oyun boyunca çox aktiv oluram. Müdafiədə enerji və konsentrasiya lazımdır. Üstəlik, dünya futbolu getdikcə daha çox təkbətək və yüksək intensivlikli müdafiə oyununa çevrilir.”
Qeyd: Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor Donetsk” hazırda Ukrayna çempionatında ikinci pillədə qərarlaşıb. Komandanın liderlə xalları bərabərdir və üstəlik bir oyunu ehtiyatda var.
“Şaxtyor” Avropa Liqasında da uğurlu çıxışını davam etdirir. Donetsk təmsilçisi 1/4 final mərhələsinin ilk oyununda Niderlandın AZ Alkmaar klubunu 3:0 hesabı ilə məğlub edib, cavab oyununa tam üstün yollanacaq.
© Copyright 2026, All Rights Reserved