Arda Turan Toral Bayramovu istəyir

Arda Turan “Qarabağ”lı Toral Bayramovu transfer etmək istəyir.
90plus.az xəbər verir ki, hazırda Ukraynanın “Şaxtyor” klubuna rəhbərlik edən Arda Turan “Qarabağ”ın futbolçusu Toral Bayramovla maraqlanır.
Məlumata görə, türkiyəli mütəxəssis 24 yaşlı oyunçunun potensialını yüksək qiymətləndirir və onu hələ “Eyüpspor”da çalışdığı dövrdən heyətinə qatmaq istəyirmiş (🔗 Sportinfo).
Son vaxtlar “Qarabağ”da əsas heyətdə sabit yerini itirən Bayramovun “Şaxtyor”a satınalma şərti ilə icarəyə göndərilməsi gündəmdədir.
© Copyright 2025, All Rights Reserved