Arda Turan Türkiyəyə qayıtmaq istəyir - AÇIQLAMA
“Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/8 final mərhələsində Polşa təmsilçisi “Lex Poznan”la düşdükləri cütləşmə barədə danışıb.
90plus.az xəbər verir ki, 39 yaşlı mütəxəssis eyni zamanda gözlənilməz Türkiyə planını da açıqlayıb.
“Şaxtyor Donetsk” püşkatma nəticəsində son 16 turunda “Lex Poznan”la qarşılaşacaq. Cütləşməni dəyərləndirən Arda Turan revanş oyununu Türkiyədə keçirmək istədiyini bildirib.
Təcrübəli baş məşqçi ev sahibi olduqları cavab matçını Türkiyədə oynamaq arzusunu gizlətməyib:
“UEFA Konfrans Liqasında ‘Lex Poznan’a qarşı ev sahibi olduğumuz revanş matçını Türkiyədə oynamaq istəyirəm. Ümid edirəm ki, UEFA buna icazə verər.
Əgər ‘Göztepe’ bizi qəbul etmək istəsə, ‘Lex Poznan’la oyunu İzmirdə keçirmək istərik. Bu, mənim üçün böyük qürur olardı. Düşünürəm ki, türk xalqı bizə və Ukrayna xalqına dəstək verəcək.”
Arda Turanın bu açıqlaması futbol ictimaiyyətində maraqla qarşılanıb. Qərarın reallaşıb-reallaşmayacağı isə UEFA-nın mövqeyindən asılı olacaq.
“Şaxtyor Donetsk”lə “Lex Poznan” arasında ilk görüş 12 mart cümə axşamı keçiriləcək. Revanş qarşılaşmasının isə 10 mart cümə axşamı baş tutacağı bildirilib.
UEFA-nın yekun qərarından sonra matçın keçiriləcəyi stadion və şəhər dəqiqləşəcək.
© Copyright 2026, All Rights Reserved