Argentina səfirliyindən şəxslər "Sabah" - "İmişli" oyununda

Misli Premyer Liqasının 3-cü turunda keçirilən “Sabah” – “İmişli” görüşündə xüsusi qonaqlar da iştirak ediblər.
90plus.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi rəsmi məlumat yayıb.
Argentina Respublikasının Azərbaycandakı səfirliyini təmsil edən konsul Leandro Daniel Verteramo və “İnnovasiyalar Mərkəzi”nin rəhbəri Vüsal Rüstəmov oyunu stadiondan izləyərək futbolçulara mənəvi dəstək veriblər.
Xatırlatma: Qarşılaşma “İmişli”nin minimal – 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
© Copyright 2025, All Rights Reserved