Armand Duplantis Tokioda dünya rekordunu yenilədi

Tokioda keçirilən Dünya Atletizm Çempionatında Armand Duplantis 6.30 metrlik nəticə ilə yeni dünya rekordu qırdı.
90plus.az xəbər verir ki, baş şəhər Tokiodakı yarışların üçüncü günündə kişi sırıqla tullanma finalında çıxış edən Duplantis özünə məxsus rekordunu təkmilləşdirərək qızıl medal qazandı.
Yunan idmançı Emmanouil Karalis 6 metrlik nəticə ilə gümüş, avstraliyalı Kurtis Marşal isə 5.95 metrlə bürünc medal sahibi oldu.
Dünya rekordunu qırdıqdan sonra Duplantis belə dedi:
“Xəyal edə biləcəyimdən də yaxşıdır. Sizə bu dünya rekordunu qazandırmaq möhtəşəmdir. Çox sağ olun, çox xoşbəxtəm.”
İsveçli atlet daha əvvəl Budapeştdə keçirilən Dünya Atletizm Birliyi Qitə Turunda 6.29 metrə yüksələrək əvvəlki dünya rekordunu təzələmişdi.
© Copyright 2025, All Rights Reserved