Arne Slot: "Biz İsakı 3 aylığına yox, 6 illik transfer etmişik"
90plus.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Arne Slot komandanın yayda 125 milyon funt sterlinq ödəyərək transfer etdiyi Aleksandr İsakın zəif adaptasiyası ilə bağlı səslənən tənqidlərə cavab verib. Slotun sözlərinə görə, 25 yaşlı hücumçu uzunmüddətli layihə üçün alınıb və ondan dərhal möhtəşəm çıxış gözləmək düzgün deyil.
İsak yay boyunca davam edən transfer müzakirələrindən sonra “Nyukasl”dan son gün keçidi ilə “Liverpul”a qoşulmuşdu. O, komandaya mövsümün üçüncü turundan sonra qatıldığı üçün fiziki baxımdan artıq ritmini tapan futbolçulardan geri qalırdı.
İndiyədək 12 oyunda cəmi iki qol vuran İsak çox vaxt 60-cı dəqiqədən sonra əvəzlənib. Slot isə deyib ki, bu uyğunlaşma dövrü əvvəlcədən nəzərdə tutulub:
“Biz onu altı il üçün transfer etmişik, üç ay üçün yox. Mən əvvəlcədən bildirmişdim ki, onun üçün ilk aylar çətin olacaq.”
Arne Slot əlavə edib ki, klub İsaka tam inanır və uyğunlaşma mərhələsi bitdikdən sonra hücumçunun performansı daha da yüksələcək.
© Copyright 2025, All Rights Reserved