Arne Slot: “Florian çox qollar vuracaq”
Florian Virts “Liverpul”da ilk qolunu vurdu, Arne Slot narahat deyil.
90plus.az xəbər verir ki, "Liverpulu"un almaniyalı hücumçusu Florian Virts klubda çıxdığı 23-cü oyunda ilk qolunu vurub. Onun vurduğu qol Premyer Liqa matçında "Vulvz"a qarşı “qırmızılar”ın 2-1 hesablı qələbəsini təmin edib.
Matçdan sonra baş məşqçi Arne Slot, Virtsin çıxışından indi və gələcəkdə narahat olmadığını bildirib:
“Komanda artıq onun bizim üçün nə qədər iş gördüyünü gördü – qol imkanları yaratdı, qola çox yaxın oldu. Futbolda hər kəs bilir ki, insanlar haqqında danışanda təsir altına düşməməlisən. Florian daha çox qol vuracaq. Məncə, bu gün yalnız qol vurmadı, daha çox iş gördü.”
İkinci yarıda oyun baxımından tam ideal olmasa da, "Liverpul" səfərdə zəif çıxış edən "Vulvz"u 2-1 məğlub edərək üç xal qazandı. Slot matçdan sonra nəticəyə fokuslandığını qeyd edib:
“Xoşbəxtəm, çünki futbolda əsas nəticədir. Bu mövsüm bir çox dəfə yaxşı oyun göstərdik, amma nəticə olmadı. Buradakı əsas məsələ qalib gəlməkdir.”
Baş məşqçi əlavə edib:
“Müsbət məqamlar da var. Bu həftə çox məşq etməyən Konor Bredli və Kodi Qakponu oyuna daxil etməli oldum. Yenə də qalib gəlmək müsbətdir.”
© Copyright 2026, All Rights Reserved