Arne Slot: "Mən Qurban Qurbanovun etdiyini edə bilməzdim"
“Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda doğma stadionunda “Qarabağ”la üz-üzə gələcək.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Arne Slot oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Niderlandlı çalışdırıcı qarşılaşmaya ciddi hazırlaşdıqlarını vurğulayıb:
“Çempionlar Liqasının Liqa mərhələsini ilk dörd pillədə başa vurmaq niyyətindəyik. ‘Qarabağ’la oyun üçün yaxşı hazırlıq keçmişik və qələbə qazanmaq istəyirik. Ancaq komandamızda zədəlilər var. ‘Bornmut’la matçda əsas heyətin bütün 11 futbolçusuna şans verə bilmədim. ‘Qarabağ’ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında son oyunda bunu etmişdi, amma mən eyni addımı ata bilməzdim”.
Arne Slot rəqibi zəif qiymətləndirmədiyini də qeyd edib:
“‘Qarabağ’ın heyətində sürətli və texniki futbolçular var, topla rahat oynayırlar. Bu mövsüm güclü komandalarla qarşılaşmalarda öz səviyyələrini nümayiş etdiriblər. Onlar asanlıqla məğlub ediləcək komanda deyil. ‘Qarabağ’ Çempionlar Liqasında ‘Çelsi’ ilə oyunda 2:2 hesablı heç-heçə edib. Bu da göstərir ki, bu turnirdə zəif rəqib olmur. Cari mövsümdə üz-üzə gəldiyimiz bütün komandalar kifayət qədər güclü olub”.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved