Arnoldun göz yaşları və vida sözləri gündəm oldu

Bu gün ”Enfild”də keçən 20 ilin ardından Trent Aleksander-Arnold “Liverpul”la vidalaşdı.
90plus.az xəbər verir ki, Premyer Liqada mövsümün son oyun günündə "Liverpul 1 - 1 Kristal Pelas" matçının ardından Premyer Liqa tarixində ən çox asist edən müdafiəçi göz yaşları içində doğma arenasına "əlvida" söylədi:
”Ürəkdən ümid edirəm ki, bir gün azarkeşlər komanda üçün etdiklərimi qiymətləndirəcəklər.
Komanda haqqında düşünmədiyim bir dəqiqə olmayıb, 6 yaşımdan bu yana daima "Liverpul" barədə düşünmüşəm.
Aldığım cavab mənim üçün çox şey deməkdir... Mən heç vaxt bu qədər sevildiyimi hiss etməmişdim!
Ümid edirəm ki, azarkeşlər bu illər ərzində etdiyim ağır işi dəyərləndirəcəklər”.
Trent Aleksander-Arnoldun Premyer Liqa karyerası:
◎ 259 oyun
◎ 171 qələbə
◎ 54 heç-heçə
◎ 34 məğlubiyyət
◉ 516 yaradılan qol şansı
◉ 121 böyük qol şansı
◉ 72 quru oyun (clean sheet)
◉ 64 asist
◉ 18 qol
◉ 2 Premyer Liqa çempionluğu.
© Copyright 2025, All Rights Reserved