“Arsenal” 18 yaşlı yetirməsi ilə 5 illik anlaşdı

RƏSMİ: “Arsenal” gənc istedadı Mayls Luis-Skelli ilə yeni müqavilə imzaladığını rəsmən açıqladı.
90plus.az xəbər verir ki, “Arsenal”la uzunmüddətli müqavilə imzalayan Skellinin ilk təəssüratları bu olub: “Oyunda qazanılacaq hər şeyi qazanmaq istəyirəm”.
Bu anlaşma 18 yaşlı futbolçunu dünyanın ən çox qazanan yeniyetmələrindən birinə çevirəcək. Gənc yarımmüdafiəçi ötən mövsüm ərzində Premyer Liqada 23 oyun keçirməklə yanaşı, İngiltərə millisində debüt matçında qol vuran ən gənc futbolçu adını da qazanmışdı.
“Arsenal” akademiyasına 8 yaşında qoşulan Luis-Skellinin 2030-cu ilə qədər klubda qalacağı bildirilir. Onun Çempionlar Liqasının 1/4 finalında “Real Madrid”ə qarşı oyunlardakı performansından sonra ispan nəhəngi tərəfindən maraqlandığı deyilsə də, “Arsenal” futbolçunun ilk peşəkar müqaviləsinin bitməsinə 12 ay qalmış yeni müqaviləni həll etməyə can atıb. Həm əvvəlki, həm də yeni müqavilə futbolçunun anası və agenti Marsiya Lyuis tərəfindən razılaşdırılıb. O, ötən həftə oğlu ilə bağlı açıqlamasında bildirmişdi ki, “Emireyts”də futbol oynamaqdan zövq alır.
Futbolçu klub saytına danışaraq bu sözləri deyib:
“Sadəcə öyrənmək və inkişaf etmək istəyirəm. Mən miras buraxmaq istəyirəm. Oyunda qazanılacaq hər şeyi qazanmaq istəyirəm. Ən böyük səhnələrdə kuboklar qazanmaq, amma eyni zamanda daim öyrənən və ayaqları yerə basan bir insan olaraq qalmaq istəyirəm – bu çox vacibdir.”
Parisdə keçirilən moda həftəsində iştirak edən Luis-Skelli millidə Albaniyaya qarşı debütündə qol vurub və indiyədək 3 oyun keçirib. Yeni müqavilə barədə danışan gənc futbolçu deyib:
“Çox qürurluyam və xoşbəxtəm. Bu sözlər sadə görünə bilər, amma bu klubla müqavilə imzalamaq hissimi tam əks etdirir. Mən bu klubun azarkeşiyəm və bu, bir arzunun gerçəkləşməsi kimidir.”
Hazırda “Arsenal”da Bukayo Saka, Uilyam Saliba, Efan Nvaneri və Leandro Trossardla da yeni müqavilə danışıqları davam edir. Klub bu əsas oyunçularla razılıq əldə olunacağına əmindir.
Qeyd: Luis-Skelli və Nvaneri eyni zamanda PFA tərəfindən ilin ən yaxşı gənc futbolçusu mükafatına da namizəd göstərilib.