"Arsenal" Avropada "pul kəsir" - 100 milyon gəlir...
“Arsenal”ın Çempionlar Liqasındakı uğurlu çıxışı kluba ciddi maliyyə qazancı gətirib.
90plus.az xəbər verir ki, London təmsilçisinin “İnter” üzərində 3:1 hesablı son qələbəsindən sonra UEFA-dan əldə etdiyi mükafat məbləği 93 milyon avronu ötüb.
“Topçular” turnirdə iştirakın özündən 18,6 milyon avro qazanıb. Turnir cədvəlindəki mövqeyi isə kluba əlavə 37 milyon avro gəlir gətirib.
Bundan başqa, nəticələrə görə verilən bonuslar hesabına daha 37,6 milyon avro əldə olunub ki, bu da “Arsenal”ın Avropadakı uğurunun miqyasını açıq şəkildə göstərir.
Bu böyük maliyyə artımı klubun qitə miqyasında irəliləyişini təsdiqləməklə yanaşı, yarışın həlledici mərhələləri öncəsi mövqelərini daha da gücləndirir.
© Copyright 2026, All Rights Reserved