"Arsenal" "Bayer"in futbolçusuna "tamah saldı"

90plus.az xəbər verir ki, İngiltərənin "Arsenal" klubu Almaniyanın "Bayer Leverkuzen" komandasında çıxış edən müdafiəçi Piero Hinkapienin transferi üçün planlarını sürətləndirməkdə davam edir.
Almaniyalı jurnalist Florian Plettenberqin məlumatına görə, "Arsenal" ilə "Bayer Leverkuzen" arasında danışıqlar davam edir. London klubu 60 milyon avroluq sərbəstqalma maddəsindən daha aşağı bir məbləğlə transferi reallaşdırmağa çalışır.
Futbolçu artıq razılıq verib
Xəbərə əsasən, Piero Hinkapie artıq "Arsenal" ilə şəxsi şərtlərdə razılığa gəlib və klublar arasında razılığın əldə olunmasını gözləyir.
Ekvadorlu futbolçunun özü də "Arsenal"a keçidə isti baxır və baş məşqçi Mikel Artetanın rəhbərliyi altında oynamaq istədiyini bildirib.
© Copyright 2025, All Rights Reserved