“Arsenal” “Çelsi” ilə razılaşdı

“Arsenal” Nonni Madueke üçün rəsmi təklif göndərir – şəxsi şərtlər razılaşdırılıb!
90plus.az xəbər verir ki, “Arsenal” yaxın günlərdə “Çelsi”nin yarımmüdafiəçisi Nonni Maduekeni heyətinə qatmaq üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Məlumata görə, 22 yaşlı ingilis futbolçu ilə şəxsi şərtlər artıq tam razılaşdırılıb. Maduekenin “Arsenal”a keçidi reallaşacağı təqdirdə, o, 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq 5 illik müqavilə imzalayacaq.
Maduekenin özü bu transferi çox istəyir. Artıq yekun qərar “Arsenal” və “Çelsi” klublarının danışıqlarının nəticəsindən asılı olacaq.
© Copyright 2025, All Rights Reserved