"Arsenal" "Çelsi"nin oyunçusunu transfer etdi

"Arsenal" hücum xəttinə yeni oyunçu cəlb edib.
90plus.az xəbər verir ki, “topçular” “Çelsi”dən Noni Maduekeni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
London təmsilçisi ingiltərəli vingerin transferi üçün qarşı tərəfə 55+5 milyon avro ödəyəcək. 23 yaşlı hücumçu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Xatırlatma: İngiltərə millisinin futbolçusu olan Noni Madueke ötən mövsüm “Çelsi”nin heyətində çıxış etdiyi 46 oyunda 11 qol vurub və 5 qolun vurulmasında assistent rolunu oynayıb.
© Copyright 2025, All Rights Reserved